Siyasət

28 may – Respublika günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunan rəsmi qəbul təşkil edilib

25-05-2019 | 10:38        

  

Seulda 28 may - Respublika gününə və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunan rəsmi qəbul təşkil edilib. Tədbirdə Azərbaycanın uğurlarından danışılıb.

Müsəlman dünyasında ilk dünyəvi, demokratik, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə xüsusi yeri var. Paris Sülh Konfransında rəsmən tanındıqdan sonra Xalq Cümhuriyyəti xarici ölkələrlə diplomatik əlaqələrini genişləndirməyə nail olub. 1991-ci ildə Azərbaycan müstəqilliyini çətinliklə bərpa edəndən sonra, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkə çətin vəziyyətdən xilas oldu. Bu barədə Koreya Respublikasının paytaxtı Seulda 28 may - Respublika günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunan tədbirdə səfir Rəmzi Teymurov məlumat verib. Koreya Respublikasının Xarici İşlər nazirinin  müavini Yun Kanq-Hyon hökuməti adından əlamətdar hadisələr münasibətilə Azərbaycan xalqını təbrik edib.  O, Koreya və Azərbaycanın oxşar tarixə malik olduqlarını, hər iki xalqın tarixdə çətinliklərə məruz qaldıqlarını, buna baxmayaraq, öz milli və mədəni mənsubiyyətini qoruyub saxladıqlarını, milli inkişafını uğurla həyata keçirməyə nail olduqlarını vurğulayıb. Tədbirin keçirildiyi salonda Azərbaycan Dövlət Turizm Agentliyinin yeni turizm brendi olan “Take another look” loqosu əsasında hazırlanan fotostend və banerlər yerləşdirilib, “İrs” jurnalının Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunan buraxılışı qonaqlara paylanılıb.