Siyasət

Əcnəbi tarixçilər erməni yalanlarını "Əsas məsələ"də müzakirə edəcəklər

24-05-2019 | 16:51        

  

"Əsas məsələ" verilişinin bugünkü buraxılışında "Erməni yalanları-əcnəbi tarixçilərin dili ilə" mövzsunda müzakirələr aparılacaq. Verilişin qonaqları ABŞ-ın "Coastal Carolina" Universitetinin professoru, tarixçi-alim Kristofer Qan,  "Yeni Türkiyə" SAM-ın tarix institutunun direktoru, professor Kamal Çiçək, Gürcüstanın Suxumi Universitetinin professoru Quram Marxuliya və Belarus Dövlət Universitetinin professoru Vyaçeslav Menkovski tarixi və tutarlı faktlarla sübut edəcəklər ki, bütün dünyanı öz uydurmaları ilə aldadan ermənilərin əsl məqsədi bu vasitələrlə beynəlxalq ictimaiyyəti çaşdırmaq və çirkin niyyətlərini ört-basdır etməkdir.

Verilişə bu gün saat 22:30-da Elnar Məmmədlinin təqdimatında baxa bilərsiniz.