Cəmiyyət

Strasburqda Azərbaycanla bağlı radio verilişin növbətəti buraxılışı yayımlanıb

10-01-2011 | 15:02        

  

 Yanvarın 9-da  Strasburqda fəaliyyət göstərən “Azərbaycan evi”nin təşəbbüsü ilə Azərbaycanla bağlı hər ay fransız dilində efirə çıxan radio verilişinin  növbətəti buraxılışı  yayımlanıb. Proqramın aparıcıları-“Azərbaycan evi”nin sədri Mustafa Alınca və soydaşımız Şahin Hüseynli verlişin əvvəlində Dünya Azərbaycanlılarının Həmrəylik Gününün hər il bayram kimi qeyd edilməsi haqqında fransız dinləyicilərinə ətraflı məlumat verib. Onlar bildiriblər ki, dekabrın 31-nin Dünya Azərbaycanlıalrının Həmrəylik Günü kimi qeyd olunması ideyası ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülüb.  Verilişdə son həftələr ölkəmizin həyatında baş verən ictimai-siyasi hadisələr, ayrı-ayrı qəzetlərin xülasəsi diqqətə çatdırılıb. Hər dəfə olduğu kimi, veriliş boyu Azərbaycan musiqisi səsləndirilib. Növbəti verilişi yanvarın 23-də yayımlanacaq.