Xarici xəbərlər

Tereza Mey “Breksit”lə bağlı yeni planını parlamentə təqdim edib

22-05-2019 | 12:03        

  

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair sazişlə bağlı müzakirələr yenidən başlayıb. Baş nazir Tereza Mey İcmalar Palatasına Breksitlə bağlı yeni planını təqdim edib. Planda ittifaqdan çıxmaqla bağlı təkrar referendum keçirilməsi və ölkənin hələlik gömrük ittifaqında qalması da yer alır. Deputatlar təklifə iyunun ilk həftəsi münasibət bildirəcəklər. Qeyd edək ki, İcmalar Palatası Breksitə dair sazişi bu il 3 dəfə geri qaytarıb. Hökumətin leyboristlərlə 6 həftə davam edən danışıqları isə nəticəsiz başa çatıb. Buna görə də ölkənin Avropa İttifaqından çıxması oktyabrın 31-dək təxirə salınıb.