Xarici xəbərlər

Parlament seçkilərinin yekun mərhələsi başa çatıb

20-05-2019 | 16:29        

  

Hindistanda parlament seçkilərinin yekun mərhələsi başa çatıb. Ölkədə rəsmi qeydiyyatda olan 900 milyon vətəndaş səsvermədə iştirak edib, ümumi seçici fəallığı 60, 23 % təşkil edib. Hindistan qanunvericiliyinə əsasən, səs çoxluğu əldə edən partiya hökumətin yeni tərkibini formalaşdıracaq. Nəticələr mayın 23-də elan ediləcək. Exit polun nəticələri isə hazırkı baş nazir Narendra Modinin rəhbərlik etdiyi “Hindistan Xalq Partiyası”nın öndə olduğunu göstərir. Qeyd edək ki, ilk  mərhələsi aprelin 11-də baş tutmuş seçkilər 29 ştat və 7 müttəfiq ərazidə keçirilib. 545 yer uğrunda 8 minə yaxın namizəd mübarizə aparıb.