Xarici xəbərlər

Baş Nazir Tereza Mey “Breksit”lə bağlı yeni təkliflər paketi hazırlayıb

20-05-2019 | 15:20        

  

Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından çıxması ilə bağlı daha bir açıqlama verib. Baş nazir İcmalar palatasının müzakirəsinə təqdim etmək üçün yeni təkliflər hazırladığını bildirib. Lakin Mey Breksitlə bağlı təkliflərin detalları barədə ətraflı məlumat verməyib. İngilisdilli mətbuat hesab edir ki, yeniliklər,əsasən,ekologiya, malların və əhalinin sərbəst hərəkəti ilə bağlı olacaq. Bununla belə, təkliflər paketində Avropa İttifaqı ilə təkrar danışıqlar məsələsi yer almır.  Qeyd edək ki, ötən həftə Leyboristlər partiyası hökumətlə Breksitə dair bütün danışıqları dayandırıb. Partiyanın lideri Ceremi Korbin hökuməti zəiflikdə ittiham edib. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR