Xarici xəbərlər

Tarixi məkanda terror aktı nəticəsində 17 nəfər xəsarət alıb

20-05-2019 | 12:42        

  

Misirin paytaxtı Qahirə yaxınlığında turist və bələdçiləri daşıyan avtobuslara hücum olub. Nəqliyyat vasitələri Giza piramidalarına yaxınlaşarkən partlayıcı qurğu işə düşüb. Terror aktı nəticəsində hər 2 avtobusa ciddi ziyan dəyib, 17 nəfər xəsarət alıb. Zərərçəkənlər CAR və Misir vətəndaşlarıdır. Hadisəyə görə hələlik heç kim məsuliyyəti üzərinə götürməyib.