Digər

Finlandiyadan Azərbaycan Televiziyası barədə xoş sözlər

16-05-2019 | 16:09        

  

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru və Finlandiya Azərbaycan-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova öz Facebook profilində Azərbaycan Televiziyası ilə bağlı fikirlərini bölüşüb:

Uzun illərdir Şimali Avropada yaşayıram. Qürbətdə bu qədər vaxt yaşamağımıza baxmayaraq gözümüz daim milli televiziyalarımızdadır. Ən cox Vətən həsrəti ilə izlədiyimiz AzTV isə son günlər bizi yaman təəcübləndirib. Səhərlər televizorun pultunu AzTV-yə tuşlayanda doğma dilimizi eşitməsəm sanki bir məşhur Avropa kanalına baxıram. Zövqlə və müasir dizaynla yığılmış studiyalar, aparıcıların modern təqdimatları, peşəkar hazırlsnmış proqramlar, istədiyimiz mövzuda müzakirələr və sair və ilaxır. Mən dərhal uşaqlıq illərində Bakıda yaşadığım vaxt olan AzTV-ni indi burdan təkrar görürəm. Olduqca maraqlı verilişlər təşkil olunur. Milli mövzular, milli çalarlar göz oxşayır. Xüsusilə gənclər üçün təşkil olunan verilişlərdə intellektual müzakirələr buradan avropalı tamaşaçı kimi bizim diqqətimizi həmən çəkir. Xaricdə yaşayan həmvətənlərimizin müxtəlif vasitələrlə milli televiziyamızda efirə cəlb olunması isə AzTV-dən bizə böyük diqqətdir. Siz bilirsinizmi bu necə qürurlu bir hissdir qürbətdə yaşayan azərbaycanlılar üçün? Təşəkkürlər AzTV! Təşəkkürlər milli televiziyamızı son vaxtlar bizə qaytaran insanlar!!

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR