İqtisadiyyat

İpoteka istiqrazlarının növbəti yerləşdirilməsi baş tutub

31-01-2011 | 16:29        

  

Bakı Fond Birjasında İpoteka Fondunun artıq 3-cü ildir ki, təşkil etdiyi ipoteka istiqrazlarının növbəti faizli, adlı, sənədsiz istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçirilib. Hərraca  çıxarılan 3- milyon manat həcmində ipoteka istiqrazının  qiymətli kağızlar bazarında  yerləşdirilməsi baş tutub. 

Bakı Fond Birjasında  Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondunun yeni, faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının  cari il üçün nəzərdə tutulan ikinci tranşının 3 milyon manatlıq hissəsinin  yerləşdirilməsi üzrə növbəti hərrac baş tutub. Hərracda 3 investor iştirak edib. Qeyd edək ki, builki emissiya məbləğinin  ümumi həcmi 60 milyon manat təşkil edir. İstiqrazların yerləşdirilməsinə isə cari ilin yanvarın 17-də başlanılıb və ilk hərracda 10 milyon manat həcmində istiqraz yerləşdirilib. Xatırladaq ki,  ötən  il də İpoteka Fondunun  75 milyon manat  məbləğində ipoteka istiqrazı  hərraca  çıxarılıb. Daha əvvəlki, 2009 cu ildə isə ümumi həcmi 55 milyon manat dəyərində  ipoteka istiqrazları buraxılıb. Hər iki emissiya bazarda uğurla yerləşdirilib. Əvvəlki illərdə olduğu kimi bu ilki emissiyada da   bir istiqrazın nominal dəyəri min manat, istiqraz üzrə faiz dərəcəsi 3 faiz təşkil edir. Hərracdan məqsəd istiqraz vərəqlərinin satılmasından daxil olan vəsaiti əhalinin İpoteka kreditləşməsinə yönəltməkdir. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat qismində isə ölkənin Mərkəzi Bankı çıxış edir.