Digər

Dövlətə məxsus olan hüquqi şəxslərin Apellyasiya Şurasının yaradılması ətrafında müzakirələr

15-05-2019 | 18:07        

  

Prezident İlham Əliyevin fərmanına əsasən, dövlətə məxsus olan hüquqi şəxslərin Apellyasiya Şurasının yaradılmasında mahiyyət nədən ibarətdir?

Şuranın yaradılmasını şərtləndirən reallıqlar hansılardır?

Apellyasiya Şurasında işlərə şəffaf prosedurlarla baxılması necə təmin olunur?

Bu və digər suallara 20.50-də Ətayə Ələmdarqızının təqdimatında Azərbaycan Televiziyasının "Günün nəbzi" proqramında aydınlıq gətiriləcək.

Qonaqlarımız Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyev, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin İqtisadi və mülki qanunvericilik sektorunun müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının üzvü Elturan Babayev və Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının üzvü Bəhram Məmmədli mövzu ətrafında müzakirələr aparacaqlar.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR