İqtisadiyyat

Rusiyanın işgüzar missiyası “WorldFood Azerbaijan” sərgisində

14-05-2019 | 16:51        

  

Mayın 15-dən 17-dək Bakı Ekspo Mərkəzində keçiriləcək “WorldFood Azerbaijan” sərgisində “Rusiya İxrac Mərkəzi” SC və “Caspian Event Organisers” şirkəti tərəfindən “Russian Gastro Week” – “RGW Azərbaycan” tədbirlər silsiləsi çərçivəsində təşkil olunan Rusiyanın işgüzar missiyası keçiriləcək.

Missiyanın gedişində bazarın monitorinqi və Rusiya məhsullarının Azərbaycana idxalı mövzusunda dəyirmi masa təşkil olunacaq, alıcı-topdan satış şirkətləri ilə görüşlər keçiriləcək.

İşgüzar missiyaya Rusiyanın qida məhsulları istehsalçıları və yerli sahibkarlar arasında keçirilən “B2B” formatlı görüşlər də daxildir. Onların arasında distribüterlər, ticarət şəbəkələrinin nümayəndələri, habelə qida məhsulları bazarının və qonaqpərvərlik sahəsinin peşəkar iştirakçıları yer alacaqlar.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR