Xarici xəbərlər

Prezident seçkilərinin birinci turunun nəticələri məlum olub

13-05-2019 | 10:20        

  

Litvada keçirilmiş prezident seçkilərinin nəticələri məlum olub. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, əsas namizədlərdən iqtisadçı Gitanas Nauseda 31.07%, sabiq maliyyə naziri İnqrida Şimonite 29.5% səs toplayıb.  Namizədlərdən heç biri 50%-lik baryeri keçə bilmədiyi üçün mayın 26-da seçkilərin ikinci turu keçiriləcək. Ali kürsü uğrunda 9 namizəd mübarizə aparıb. Litvavlı seçicilər eyni zamanda ikili vətəndaşlıq və seym deputatlarının sayının azaldılması məsələləri ilə bağlı məsələyə də münasibət bildiriblər. Ölkədə səsvermə hüququna malik 2.5 milyon vətəndaş var.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR