Xarici xəbərlər

Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir

11-05-2019 | 10:53        

  

Ermənistanda etirazlar səngimir. İrəvan zooparkının işçiləri yenidən tətilə başlayıblar. Etirazçılar, diqqəti məhv olmaq təhlükəsi ilə üz-üzə olan heyvanat parkının mühafizəsinə çəkmək istəyirlər.

İrəvan zooparkına yeni təyinatdan sonra orada vəziyyət daha da pisləşib. Mer Hayk Marutyanın yaxın qohumu olan heyvanat parkının rəhbəri onun ərazisini iaşə obyekti sahiblərinə satmağa başlayıb. Bu da zooparkın əməkdaşlarının narazılığına səbəb olub. İşə çıxmağa imtina edən etirazçılar şəhər meriyası qarşısında müddətsiz aksiyalara başlayıblar. Onlar İrəvan meri ilə görüş tələb etsələr də buna nail ola bilməyiblər.  Etirazçıların sözlərinə görə  6 aydır Ruben Xaçatryan zooparka rəhbər təyin edilib və həmin gündən də problemləri pik həddə çatıb. Son 3 ayda zooparkda 10 heyvan qida çatışmazlığından ölüb. Sitat: “Əgər Ruben Xaçatryan 1 il də burada qalıb çalışsa Ermənistanda yeganə olan bu heyvanat parkından əsar-əlamət qalmayacaq. İşi bilməməyi bir tərəfə, bilənlərə də çalışmağa imkan vermir. Bu dəqiqə zooparkın ziyarət mövsümüdür. Şəhərin tam mərkəzində olmasına baxmayaraq heç kəs gəlmir. Çünki baxmağa, izləməyə heyvan qalmayıb. Hamısı qırılırlar. Qalanarını da yemləmək imkanımız yoxdur. Hər ay bu heyvanların qidalanmasına, dava-dərmanlarına və vitaminlərinə ayrılan vəsaiti direktor öz cibinə qoyur. Keçin, içəridə olan heyvanları çəkin-görün nə gündədilər. Mənə göstəriş verir ki, sənədləri imzala, heç nədən qorxma. Mən bilərəm, mer bilər. Sən heç nəyə qarışma. Bizdə belə fikir formalaşıb ki, Ruben Xaçatryanın zooparka müdir təyin edilməkdə məqsəd heyvanları acından öldürüb sonradan ərazini zəbt etməkdir. Başqa cür ola bilməz. Bu ərazi İrəvanın mərkəzində ən bahalı yer hesab edilir. Biz bütün vətəndaşlara səslənirik. Gəlin bizə dəstək olun” Sitatın sonu...

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR