Siyasət

Euronews kanalında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan reportaj yayımlanıb

10-05-2019 | 13:39        

  

Mayın 9-da Euronews kanalında  Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan reportaj yayımlanıb.

Ekstremistlər tərəfindən zorakılıq xəbər buraxılışlarında əsas yerlərdən birini tutub. Çox vaxt ekstremistlər dini motivasiyadan istifadə edirlər və icmalar arasında inamsızlıq və hətta nifrət yayırlar. Azərbaycanın paytaxtı Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir-birimizlə sadəcə ünsiyyətdə olmaqla sülhə necə dəstək göstərilməsini aydınlaşdırmağa çalışır.

Beynəlxalq təşkilatların və qeyri hökumət təşkilatlarının, dini liderlərin və tədqiqatçıların 500-dən çox nümayəndəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşkil etdiyi 5-ci foruma toplaşıblar.

“Bu forumun əsas məqsədi qarşılıqlı və xoş niyyətin dünyanı daha təhlükəsiz, daha gözlənilən edə biləcəyini və dialoqun problemləri həll etmək üçün ən yaxşı üsul olduğunu nümayiş etdirməkdir”.

Reportajda qeyd edilir ki, Bakı forumunda ayrı-ayrı ölkələrdə ekstremizmlə mübarizə, dini, etnik zəmində münaqişələrin aradan qaldırılması, gənclərin bu işdə fəal rolu və beynəlxalq ictimaiyyəti narahat edən digər aktual məsələlərlə bağlı məhsuldar və səmərəli müzakirələr aparılıb. Eyni zamanda Bakı forumunda  dini və etnik tolerantlıq kimi mühüm məsələlər diqqət mərkəzində olub.

İnsanlar, icmalar və ölkələr arasında dərin kök salmış nifrətin və münaqişələrin qarşısının alınması üçün dialoq, dözümlülük və bağışlama – Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi elə budur.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.06.2019) :
Aydın Gecə : +21+23 | Gündüz: +29+31
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR