Xarici xəbərlər

Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir

10-05-2019 | 11:09        

  

Ermənistanda jurnalistlər məhkəmə-hüquq sisteminin fəaliyyətindən narazılıq edirlər. 2016-cı ildə polis işğncəsinə məruz qalan  bir qrup media nümayəndəsi özbaşınalıqların 3 illiyi ilə əlaqədar yenidən baş prokurorluq qarşısında vəsatət qaldırıblar.

10 may 2016-cı il tarixində Ermənistanda elektrik enerjisinin bahalaşmasına etiraz olaraq minlərlə paytaxt sakini şəhərin mərkəzi küçəsi ilə prezident iqamətgahına doğru yürüş etməyə başladı. Narazı kütlə o vaxtki prezident Serj Sarkisyanın onlarla görüşməsini tələb edirdi. Qarşı tərəfin təklifi rədd olunduqdan sonra İrəvanda kütləvi oturaq aksiyalara start verildi. Etirazların miqyasının genişlənməsindən ehtiyat edən hakimiyyət dinc sakinlərin üzərinə xüsusi təyinatlı polis qüvvələrini zirehli texnika yeritdi. Bu zaman tərəflər arasında ciddi toqquşma yarandı. Polis  qüvvələri ilə narazı kütlə arasında baş verən qarşıdurmada 41 dinc sakin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həmin hadisələrdə xəsarət alanlar içərisində media nümayəndələri də var idi. Aradan 3 il keçməsinə baxmayaraq, onların hüquqları müdafiə olunmayıb. Bu səbəbdən  jurnalistlər məhkəmə-hüquq sisteminin fəaliyyətindən narazılıq edirlər. Bir qrup media nümayəndəsi polislər tərəfindən işgəncəyə məruz qaldıqları özbaşınalıqların 3 illiyi ilə əlaqədar yenidən baş prokurluq qarşısında vəsatət qaldırıblar. Onlara bildirilib ki, həmin hadisələrdə yalnız 6 polis əməkdaşı barəsində xüsusi istintaq komitəsində cinayət işi açılıb. Sonradan isə işə xitam verilib. Ermənistan jurnalistləri birliyinin sədri Aşot Melikyanın sözlərinə görə, bunlar ölkədə çox adi haldır. Jurnalistlər döyülür, təhqir olunur amma cəzalanan yoxdur. Ona görə də media nümayəndələri məsələnin  araşdırılması ilə bağlı yenidən baş prokurorluğa müraciət ediblər. Jurnalist Təhminə Enokyan da may iğtişaşları zamanı xəsarət aldığını deyir. Sitat; “Peşəmizlə əlaqədar həmin qarşıdurmaları işıqlandırmaq üçün biz də hadisə yerində idik. Təfərrüatlar bu gün kimi yadımdadır. Polislər havaya atəş açdıqdan sonra su çiləyici maşınlar dinc əhalinin üzərinə yeridildi. Qəflətən bir qrup mülkü formada polis əllərindəki rezin dəyənəklərlə bizi döydülər. Mənim kimi 40 nəfərə yaxın xəsarət alan var idi. Həmin vaxt xüsusi istintaq komitəsinin müstəntiqləri bizdən gəlib xəstəxanada izahat aldılar. Onlarında hamısı öz izahatlarında bunları bildirib.  Bir ilə yaxın davam edən istintaq araşdırmalarının sonu olmadı. Hətta bu gün həmin polislərin bir qismi  yüksək vəzifələrə təyinat alıblar”. Sitatın sonu... Media nümayəndələri baş nazir Paşinyandan və baş prokuror Artur Davtyandan da həmin hadisələrin günahkarlarının həbsini tələb edirlər. Əks təqdirdə, etiraz olaraq daha qətiyyətli addımlar atmağı qərarlaşdırıblar.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR