Siyasət

İsveçrənin “zeitung” portalında Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə məqalə dərc olunub

10-05-2019 | 10:29        

  

İsveçrənin “zeitung” portalında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə məqalə dərc olunub. Yazıda ümummilli liderin həyat və siyasi fəaliyyətinə nəzər salınır, Azərbaycanın dövlətçilik tarixində tutduğu önəmli yerdən bəhs olunur. Qeyd edilir ki, Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda sürətli iqtisadi-sosial tərəqqi əldə olundu. Ulu öndərin prezidentliyi dövründə respublikamızın müasir inkişafı üçün mühüm addımlar atıldı, ölkənin regionda lider dövlətə çevrilməsi üçün ciddi uğurlar qazanıldı. Məqalədə dahi şəxsiyyət Heydər Əliyevin siyasi həyatının mühüm mərhələləri də əksini tapır.