Cəmiyyət

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov Azərbaycan Radiosunun qonağı olacaq

09-05-2019 | 18:30        

  

10 May xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Bu münasibətlə həmin gün saat 8:00-da Azərbaycan Radiosunun efirində canlı yayımlanan "Səhər" proqramının qonağı Milli Məclisin üzvü, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov olacaq. Millət vəkili Heydər Əliyev şəxsiyyətinin böyüklüyü barədə danışacaq, Ulu Öndərlə bağlı xatirələrini dinləyicilərlə bölüşəcək.