Mədəniyyət

İspaniya mətbuatı: “Azərbaycan Eurovision-2019 müsabiqəsinin finalında mətbuatı heyran edir”

08-05-2019 | 17:50        

  

İspaniyanın populyar “eldiario.es” adlı elektron qəzetində “Azərbaycan öz süni ürəyi ilə mətbuatı heyran edir başlıqlı məqalə dərc edilib. Söhbət Eurovision-2019 müsabiqəsində ölkəmizi təmsil edən iştirakçı - Çingiz Mustafayevdən gedir.

İspaniyada populyar olan “eldiario.es” adlı elektron qəzetdə Azərbaycan Eurovision-2019 müsabiqəsinin finalında mətbuatı heyran edir sərlövhəli məqalə dərc edilib.  Bu məqalədə Azərbaycanı təmsil edən müğənni Çingiz Mustafayevin parlaq çıxışından bəhs olunur. Müəlif qeyd edir ki, yarımfinalın son günündə Çingizin ifa etdiyi “Truth” mahnısı tamaşaçıları heyran edib. Bu mahnıda parçalanmış qəlbini süni ürəklə əvəz etməli olan insandan bəhs edilir. Çingiz Mustafayevin çıxış etdiyi səhnənin mərkəzində göy rəngli işıq saçan üçbucaq və yan tərəflərdə iki maşın diqqəti xüsusilə cəlb edir. Məqalədə deyilir ki, yarımfinalın sonuncu günü Azərbaycan nümayəndəsinin möhtəşəm çıxışı ilə başa çatıb. Çingiz Mustafayev mətbuatın favoriti hesab edilərək 5-ci yeri tutub. Qeyd edək ki, mayın 14-də start götürəcək mahnı yarısında təmsilçimiz Çingiz Mustafayev “Truth” adlı mahnı ilə 18-ci nömrə altında çıxış edəcək. 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR