Cəmiyyət

“Dövlətimizin müharibə veteranlarına diqqəti gənc nəsildə də ruh yüksəkliyi yaradır”

08-05-2019 | 16:34        

  

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına 300 min manat ayrılıb.

“Azərbaycan Prezidenti veteranlara həmişə diqqət və qayğı ilə yanaşır. Son sərəncam da münasibətin ifadəsidir. 9 may qələbəsini fəxrlə qeyd edir. Bu günü qeyd etmək Azərbaycan xalqının mənəvi haqqıdır. Çünki bu müharibədə 700 mindən çox azərbaycanlı iştirak edib və onların yarıdan çoxu geri qayıtmayıb. Azərbaycan qələbəyə böyük töhfələr verib. Bu gün dövlətimizin müharibə veteranlarına diqqəti gənc nəsildə də ruh yüksəkliyi yaradır”.

Bu fikirləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov Azərbaycan Televiziyasının “Rakurs” verilişində bildirib.

C.Xəlilov qeyd edib ki, son dövrlərdə bu sahə ilə bağlı 20-dən artıq sərəncam imzalayıb. Bu sənədlərdə də həm birinci, həm ikinci dərəcəli əlilliyi olan veteranlar əhatə olunur. Vetranlarımızın aldığı məvacibləri digər MDB ölkələri ilə müqayisə etsək, ən yüksək məvaciblər Azərbaycandadır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.06.2019) :
Aydın Gecə : +21+23 | Gündüz: +29+31
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR