Siyasət

AMEA-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə tədbir keçirilib

08-05-2019 | 14:24        

  

AMEA-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə tədbir keçirilib. Akademiyanın prezidenti Akif Əlizadə bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin, elmin inkişafına böyük diqqət göstərib. Çıxış edənlər ulu öndərin parlaq və zəngin ömür yolundan danışıblar. Bildiriblər ki, Azərbaycanda milli-mənəvi dəyərlərin, Azərbaycan dilinin qorunmasında ulu öndərin misilsiz xidmətləri olub. Bu gün də elmin inkişafında gənclər ümummilli lider Heydər Əliyevin  ideyalarından bəhrələnirlər.