Siyasət

Azərbaycan-İtaliya parlamentlərarası əlaqələri inkişaf edir

08-05-2019 | 14:07        

  

İtaliya və Azərbaycan parlamentlərarası əlaqələri uğurla inkişaf etməkdədir. Milli Məcliisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkəyə səfəri zamanı ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.

Prezident İlham Əliyevin İtaliyaya rəsmi və işgüzar səfərləri iki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan səmərəli əməkdaşlığı yeni mərhələyə keçirib. Bu fikir Milli Məclisin spikeri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliya senatının sədri Maria Elizabetta Alberti Kaselatti ilə görüşü zamanı səsləndi. Ötən il Azərbaycan-İtaliya ticarət dövriyyəsinin 6,2 milyard dollar təşkil etdiyi vurğulandı. İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosasiyası və İtaliya parlamentindəki dostluq qrupunun üzvləri ilə görüşdə də iqtisadi əlaqələrin perspektivləri ətraflı müzakirə olundu. Bildirildi ki, İtaliya və Azərbaycan TANAP, TAP layihələri üzrə uğurlu əməkdaşlığı davam etdirir. İki ölkə arasında mədəni əlaqələr də genişlənməkdədir. Bu sahədə Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycanın birinci-vitse prezidenti Mehriban Əliyevanın rolu İtaliyalı Parlamentarilər tərəfrindən  xüsusilə vurğulandı.

İtaliya Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüş zamanı ikitərəfli iqtisadi siyasi, mədəni əlaqələrin perpektivləri ilə yanaşı, Ermənistan Azərbaycan münaqişəsinə də xüsusi diqqət yetirildi. 

İtaliya Parlamentində keçirilən bütün görüşlərdə bu ölkənin münaqişə ilə bağlı dəyişməz mövqeyi ifadə edildi. Azərbaycan nümayəndə heyəti İtaliya Senatının yerləşdiyi tarixi bina ilə də tanış oldu.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.06.2019) :
Aydın Gecə : +21+23 | Gündüz: +29+31
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR