Siyasət

Tural Gəncəliyev: “Sülh regionda davamlı inkişafın qarantı ola bilər”

08-05-2019 | 13:00        

  

“Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı tərəflər arasında aparılan danışıqlar çərçivəsində icmalar arasında dialoqun qurulması da gündəmə gəlib. Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə erməni icması arasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində konstruktiv dialoqun aparılmasına və təmasların bərpa edilməsinə hazırıq”.

Bu fikirləri “Aztv.az” saytına Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev icmalar arasında dialoqun mümkünlüyünü şərh edərkən bildirib.

T.Gəncəliyev Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Azərbaycanın suverenliyi çərçivəsində erməni icması ilə birgə yaşamağa hazır olduğunu bildirib: “Beynəlxalq hüququn tələbləri çərçivəsində, sülh şəraitində birgə yaşayış regionda davamlı inkişafın qarantı ola bilər”. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.06.2019) :
Aydın Gecə : +21+23 | Gündüz: +29+31
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR