Xarici xəbərlər

Son 1 ildə Ermənistanda əhalinin sayı 22 min nəfər azalıb

08-05-2019 | 11:17        

  

Ermənistanda demoqrafik böhran son bir ildə daha da dərinləşib. Sosial-iqtisadi problemlər girdabında boğulan işğalçı ölkədə doğum səviyyəsinin aşağı düşməsi nəticəsində  əhalinin sayı 22 min nəfər azalıb. Sosioloqlar, bunun Ermənisana yaxşı heç nə vəd etmədiyini proqnozlaşdırırlar.

Ermənistanın özəl televiziya kanallarından biri əyalətdə yaşayan insanların güzaranını işıqlandırmaq üçün Lori vilayətinin sərhəd kəndi olan Karaberddə çəkilişlər aparıb. Bildirilir ki, bu yaşayış məntəqəsinə aparan yol çox bərbad vəziyyətdədir. 5 km-lik yolu 1 saata qət etmək ancaq mümkündür. “Kəndin girişində illərdir bağlı qalan icra nümayəndəsinin  otağını görəndə bir anlığa düşündük görəsən dövlət nümayəndəsinin iş ofisi bu vəziyyətdədirsə, sakinlərin evləri necədir?” deyə müəllif qeyd edir. Burda nə işiq var, nə də mavi yanacaq. 79 yaşlı kənd sakini Siruş Mkrtçyanın deyir ki, Karaberd vaxtı ilə bölgənin ən böyük yaşayış məntəqələrindən olub. İndi isə xarabalığı xatırladır. Ölkədə belə yaşayış məntəqələri çoxdur. Ona görə də miqrasiya tempi yüksəlib. Demoqrafik vəziyyət də ildən-ilə ağırlaşır. Əksər ailələr  övlad  sahibi olmaq istəmirlər. Bu isə ciddi demokrafik problemlər yaradır. Bununla bağlı “hetq armenia” xəbər portalında iqtisadçı ekspert Ayk Gevorkyanın geniş araşdırması yerləşdirilib. Bildirilir ki, bu çox ciddi problemdir. Ölkə rəhbərləri isə hələ də bu məsələyə səthi yanaşırlar. Son bir ildə əhalinin sayının 22 min nəfər azalması əsl fəlakətdir. Çünki bu say ildən-ilə artır. 5 il ərzində isə əhali arasında sürətlə qocalma gedir. Sosioloqlar, bunun Ermənisana yaxşı heç nə vəd etmədiyini proqnozlaşdırırlar.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.06.2019) :
Aydın Gecə : +21+23 | Gündüz: +29+31
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR