Siyasət

Prezident İlham Əliyevin göstərişi ilə Yəmənə humanitar yardım göstərilib

08-05-2019 | 08:44        

  

Yəməndə baş verən humanitar böhranla əlaqədar BMT-nin Baş katibi Antonio Quterreşin üzv dövlətlərə ünvanladığı müraciətlə bağlı Prezident İlham Əliyevin göstərişi ilə bu ölkəyə humanitar yardım göstərilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sözügedən yardımın BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi vasitəsilə Yəməndə humanitar böhrandan əziyyət çəkən əhaliyə təcili humanitar yardım şəklində çatdırılması nəzərdə tutulub. BMT-nin hesablamalarına görə, dünyanın ən acınacaqlı humanitar fəlakətinin yaşandığı Yəməndə 24 milyon insanın- yəni əhalinin 80 faizinin humanitar yardıma ehtiyacı var, 250 min şəxs isə kəskin aclıqdan əziyyət çəkir. Ölkədə 3,3 milyon məcburi köçkün olmaqla əhali arasında müxtəlif növ təhlükəli xəstəliklər yayılmaqdadır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.06.2019) :
Aydın Gecə : +21+23 | Gündüz: +29+31
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR