Cəmiyyət

“Özünəməşğulluq proqramı sosial siyasətin tərkib hissəsidir”

07-05-2019 | 17:24        

  

“Azərbaycan vətəndaşının daha yaxşı yaşaması istiqamətində çox əhəmiyyətli tədbilər həyata keçirilir. Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən ard-arda imzalanan sərəncamlar, fərmanlar, qəbul edilən proqramlar vətəndaşımızın daha yaxşı yaşamasına, daha təminatlı gələcəyinin təmin edilməsinə hesablanıb. sahəsində həyata keçirilən dövlət proqramı da bu siyasətin tərkib hissəsidir.”

Bu fikirləri “Aztv.az” saytına açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Millət vəkili qeyd edib ki, Milli Məclisin bu yaxınlarda məşğulluqla bağlı qəbul etdiyi qanunla özünəməşğulluğun hüquqi bazası formalaşdırılıb: “Qanun bu sahədəki hüquqi tənzimləməni tam olaraq təmin edəcək. Uzun illərdir ki, sosial təminatı aşağı olan vətəndaşlara dövlət tərəfindən sosial müavinətlər verilir. Gəlin, etiraf edək ki, bu, vətəndaşlarımızın yaşayış səviyyəsini yaxşılaşdırsa da, cəmiyyətin öz potensialından kifayət qədər istifadə etməməsinə, bir rahatlığa səbəb olurdu. Biz sağlam cəmiyyət üçün çalışırıq. Belə halda, insanların özünəməşğulluğunun təmin olunması ən optimal yolardan biri ola bilərdi və dövlət də bu addımı atır. Proqram kiçik və orta sahibkarlığın inkişafını təşviq edir və rəqabəti stimullaşdırır.”

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.06.2019) :
Aydın Gecə : +21+23 | Gündüz: +29+31
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR