Xarici xəbərlər

Avstraliyada qasırğa, Yaponiyada isə vulkan fəsadlara səbəb olub

31-01-2011 | 16:22        

  

 Avstraliyanı cənginə alan Entoni tropik qasırğası həyatı iflic edib. Yaponiyanın Kyusyu adasında isə vulkan püskürüb. Avstraliyanın Kvinslənd ştatında Entoni tropik qasırğası tüğyan edir. Qasırğa güclü yağışlarla müşayət olunub. Küləyin sürəti saatda 150 kilometrə çatıb. Güclü külək ağacları kökündən çıxarıb. Yüzlərlə evin damı uçüb. Bölgənin elektirk təminatı dayandırılıb. Qeyd edək ki, Kvinslənd ştatında bir neçə həftə əvvəl  baş verən daşqınların fəsadları da aradan qaldırılmayıb. Təbii fəlakətdən on minlərlə insan zərər çəkib. Daşqınlar Kvinsləndə ümumilikdə, 5 milyard dollar ziyan vurub. Yaponiyanın Kyusyu adasında isə Simmoe vulkanı püskürüb. Vulkan püskürməsi nəticəsində səmanı kül dumanı bürüyüb, yollarda görmə məsafəsi 5 metrədək azalıb. Adada yaşayan sakinlər evakuasiya olunub. Kül dumanı 3 kilometr məsafəyə yayılıb. Ətraf ərazilərdə avtomagistral və dəmiryolları bağlanıb. Adada yerləşən hava limanında uçuşlar təxirə salınıb. Mütəxəssislərin sözlərinə görə,  Simmoe vulkanı sonuncu dəfə 50 il əvvəl püskürüb. Vulkanın getdikcə fəallaşacağı proqnozlaşdırılır.  


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR