Siyasət

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının 5 illiyi qeyd olunub

06-05-2019 | 17:40        

  

Beynəlxalq Muğam Mərkəzində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin 5 illik yubiley tədbiri keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü Leyla Əliyeva iştirak edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2014-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanın multikulturalizm ənənələrinin öyrənilməsi, bu sahədə dünya təcrübəsinin araşdırılması və Azərbaycan modelinin dünyada təbliğidir. Mərkəzin icraçı direktoru Rəvan Həsənov 5 illik fəaliyyəti müddətində qurumun çoxsaylı layihələr həyata keçirdiyini bildirdi.

Sonra Azərbaycan multikultralizminin xarici ölkələrdə təbliği sahəsində görülən işlərdən və Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin 5 illik fəaliyyətundən bəhs edən video çarx nümayiş olundu. Mərkəzin  Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev 5 il ərzində görülən işlərdən danışdı. Bildirdi ki, multikulturalizmin mənəvi, qürurverici istiqamətini Prezident İlham Əliyev müəyyən edib. Kamal Abdullayev dedi ki, Azərbaycanda müxtəlif dini, etnik konfessiyaların nümayəndələri qardaşlıq şəraitində yaşayır. Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov isə diqqətə çatdırdı ki, BBMM müasir dövrdə Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayır. Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Bu siyasətin əsasında ölkənin etnik, dini, dil, mədəni müxtəlifliyinin qorunması durur. Bu siyasət ölkədəki inteqrasiya siyasətini möhkəmləndirir. Digər çıxış edənlər də vurğuladılar ki, Azərbaycanın qədim, zəngin mədəniyyəti var. Bu mədəniyyət qorunub saxlanılır və nəsildən-nəslə ötürülür. Yubiley tədbiri bədii hissə ilə davam etdi. Konsert tədbirində Azərbaycanın və dünya bəstəkarlarının əsərləri səsləndirildi.  Tədbir çərçivəsində, həmçinin gənc rəssamların multikulturalizm mövzusuna həsr edilən rəsm əsərlərindən ibarət sərgi təşkil olundu.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR