Siyasət

“Heydər Əliyev irsi və sosial siyasət" mövzusunda tədbir keçirilib

06-05-2019 | 17:34        

  

“Azərbaycan dünyada yoxsulluğu beş faizə endirən 29 ölkədən biridir”. “Heydər Əliyev irsi və sosial siyasət” mövzusunda keçirilən tədbirdə bu barədə məlumat verilib. 

Yeni Azərbaycan Partiyasının ulu öndərin 96 illiyi münasibətilə təşkil etdiyi “Heydər Əliyev irsi və sosial siyasət” mövzusundakı tədbirin iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Görkəmli aftolmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad olundu. Ümummilli Liderin apardığı siyasətin əsasında sosial siyasət dururdu. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov tədbirdə çıxışı zamanı belə dedi. Baş nazirin müavini ulu öndər Heydər Əliyevin xalqımızın rifahı, dövlətimizin inkişafı üçün gördüyü işlərdən danışdı. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə vurğuladı ki, hazırda sosial rifah məsələsi, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması dövlət başçısının apardığı siyasətin əsas sahələrindəndir. Son bir neçə ay ərzində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən əhəmiyyətli qərarlar qəbul edilib. Bunun nəticəsidir ki, Azərbaycan dünyada yoxsulluğu beş faizə endirən 29 ölkədən biridir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR