Siyasət

“Azərbaycanda Məhkəmə-Hüquq İslahatları: AmCham ilə ictimai müzakirələr” adlı konfrans keçirilib

06-05-2019 | 15:41        

  

Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı fərmanının icrası nəticəsində Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik olunub, bir sıra cəzalar dekriminallaşdırılıb. Bakıda keçirilən “Azərbaycanda Məhkəmə-Hüquq İslahatları: AmCham ilə ictimai müzakirələr” adlı konfransda bu barədə məlumat verilib.

“Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları yerli və xarici iş adamlarının investisiyalarının, biznes mənafelərinin qorunmasına, biznesin inkişafına dövlətin daimi diqqətinin bariz nümunəsidir”.  “Azərbaycanda Məhkəmə-Hüquq İslahatları: AmCham ilə ictimai müzakirələr” konfransında bu fikir səsələndi. Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərin müzakirəsinin bu istiqamətdə görüləcək işlər baxımından faydalı olcağını dedi.

Palatanın direktoru Nuran Kərimov da məhkəmə-hüquq islahatlarının ölkə iqtisadiyyatı üçün xüsusi önəm daşıdığını dedi. Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov isə diqqətə çatdırdı ki, dövlət başçısının sözügedən fərmanı həm də sahibkarlığın inkişafına, sahibkarların maraqlarının qorunmasına və investisiyaların təşviqinə yönəlib. Fərmanda əksini tapan əsas məsələlərdən biri də sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərə, mübahisələrə baxan yeni ixtsaslaşmış məhkəmənin yaradılmasıdır. İxtisaslamış, hüquq cəmiyyətinin etimadını qazanmış və dərin biliklərə malik olan hakimlərdən ibarət olan məhkəmənin olması bu sahəyə yeni bir hüquqi tarazlıq gətirəcək. Fərmanda eyni zamanda süründürməçilik və digər neqativ halların aradan qaldırılması məsələsi də əksini tapıb. Bunun təminatı üçün isə hakimlərin müstəqilliyinin təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrin işinə müdaxilələrin qarşısının alınması, hakimlərin peşəkar səviyyəsinin qiymətləndirilməsi labüddür. Sənəddə eyni zamanda elektron məhkəmə ilə bağlı məsələlərin yer alması hüquqi müəyyənliyin gücləndirilməsinə xidmət edəcək.

Azərbaycanda Amerika Ticarət Palatasının Direktorlar şurasının üzvü İlqar Mehdi Məhkəmə-hüquq islahatlarına dair təmsil etdiyi qurumun mövqeyini çatdırdı. Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsində sektor müdiri Vüsal İsayev sözügedən fərmanla məhkəmə-hüquq sistemində yeni mərhələnin başlandığını dedi. Administrasiya rəsmisi islahatların əsas istiqamətlərinin birinin də cəza siyasətinin humanistləşdirilməsi olduğunu bildirdi. Diqqətə çatdırdı ki, dövlət başçısının bununla bağlı imzaladığı fərmanın icrası nəticəsində Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik olunub, bir sıra cəzalar dekriminallaşdırılıb.

Qeyd olundu ki, növbəti mərhələdə Mülki Prosessual Məcəlləyə də dəyişikliklərin edilməsi, yeni müddəaların, yanaşmaların salınması nəzərdə tutulur. “Ötən 25 ildə Azərbaycanda məhkəmə-hüquq sahəsində mükəmməl hüququ baza yaradılıb”. Məhkəməyə müraciət- ixtisaslaşmış məhkəmələr, ümumi iş yükü, məhkəmə icraatının müddəti və xərcləri, hakimlərin sosial müdafiəsinin gücləndirilməsindən danışan ədliyyə nazirinin müavini Azər Cəfərov bildirdi ki, Azərbaycanda demokratiyanın inkişaf etdiyi ölkələrdə mövcud olan idarəçilik sistemi formalaşıb. Dövlət başçısının fərmanında yeni ixtisaslaşmış məhkələrin yaradılması da nəzərdə tutulub və bu istiqamətdə müvafiq təkliflər hazırlanır. Eyni zamanda ədalət mühakiməsinin keyfiyyətinin artırılması üçün hakimlərin sayı artırılacaq. 

Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyaının Prezidenti Ramin Qurbanov isə ölkəmizdə həyata keçirilən “Elektron məhkəmə” sisteminin üstünlküləri barədə məlumat verdi. Diqqətə çatdırdı ki, ən böyük yeniliklərdən biri süni intellektin bəzi kompanentlərinin tətbiq olunmasıdır. Bunun davamı olaraq növbəti mərhələyə keçidlə bağlı iş aparılır.

Mediasiya və arbitraj fəaliyyətinin inkiaşfı – perspektivlər və manelərdən danışan Dentons Bakının İcraedici Partnyoru Ceyms Hoqan ölkəmizdə həyata keçirilən hüquqi islahatların müsbət nəticələyinə əminliyini bildirdi.

Konfrans açıq sual-cavab sessiyası ilə davam etdi.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR