Siyasət

"Rusiyada baş vermiş təyyarə qəzasında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur"

06-05-2019 | 13:58        

  

Rusiyada baş vermiş təyyarə qəzasında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. Qeyd edək ki, dünən Moskvanın “Şeremetyevo” hava limanında “Sukhoi Superjet 100” təyyarəsində yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 41 nəfər həlak olub. Göyərtəsində 78 nəfər olan təyyarə Moskvadan Murmanska uçurdu. “Şeremetyevo” hava limanında qəza enişi etdikdən sonra isə “Sukhoi Superjet 100” alışıb. Təyyarənin ekipajı bildirib ki, yanğın təyyarəni ildırım vurduğuna görə baş verib. Yeri gəlmişkən, bu gün Bakı-Moskva və Moskva-Bakı aviareyslərində ləngimələr müşahidə olunur. Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, “Şeremetyevo” hava limanında Bakıya gələn təyyarənin eniş vaxtı 14:05-dən 13:05-ə keçirilib. Bundan başqa, Bakıdan Moskvaya olan reys saat 15:10-dan 17:00-a təxirə salınıb.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR