İdman

Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətlərinin rəhbərləri Bakıda toplaşıblar

06-05-2019 | 12:55        

  

Azərbaycan daha bir mötəbər idman tədbirinə ev sahibliyi etməyə hazırlaşır. İyulun 21-dən 27-nədək Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcək. Bu məqsədlə Festivalın Əməliyyat Komitəsi Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərləri üçün seminar keçirir.

Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün ölkəmizə  3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, üzgüçülük, tennis, basketbol, voleybol, həndbol, velosiped idmanı, cüdo və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festivalın keçiriləcəyi idman obyektlərində 2500-dən çox könüllü fəaliyyət göstərəcək. Bu barədə Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festavlı Əməliyyat Komitəsinin təşkil etdiyi seminarda məlumat verildi. Tədbirdə Avropa Milli Olimpiya Komitələrinin 40 ölkədən olan 70 nümayəndəsi, eləcə də Avropa Olimpiya Komitəsinin təmsilçiləri və Bakı-2019 üçün xususi yaradılan Əlaqələndirmə Komissiyası  iştirak etdi. Gənclər və İdman naziri Azad Rəhimov  bildirdi ki, 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı bütün qitəni birləşdirəcək tarixi bir idman bayramı olacaq.

Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki tərəfdaşalarla birgə Bakıya  bir daha gəldiklərindən məmnunluğunu bildirdi. Qeyd edildi ki, seminar Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə texniki planlaşdırma və oyunqabağı keçirilən əməliyyatların bütün aspektləri ilə tanış olmaq imkanı yaradır.  Burada onlar geniş mövzuları əhatə edən iclaslarda iştirak edir, o cümlədən, idmançıların yerləşdirilməsi, akkreditasiya, nəqliyyat və digər mühüm əhəmiyyətli məsələləri müzakirə edirlər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR