Xarici xəbərlər

Parlament Notr-Dam kilsəsi ilə bağlı yeni qanun hazırlayıb

03-05-2019 | 11:42        

  

Fransa parlamentinin aşağı palatası olan Milli Assambleya Notr-Dam kilsəsi ilə bağlı yeni qanun hazırlayıb. Layihədə təmir-bərpa işləri ilə bağlı prosedurların sadələşdirilməsi nəzərdə tutulur. Sənəddə göstərilir ki, tikintiyə ayrılan vəsait xüsusi fondda toplanmalıdır. Təmir prosesində istisna hal kimi şəhərsalma normalarından bəzi kənaraçıxmalara icazə verilir. Yeni qanunla bağlı səsvermə mayın 10-da keçiriləcək. Qeyd edək ki,  aprelin 15-də Notr-Dam kilsəsində baş vermiş yanğın nəticəsində kafedralın taxta konstruksiyaları yanıb, binanın tavanı zədələnib. 1163-1345-ci illərdə tikilmiş kafedral 1991-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 800 il ərzində kilsədə heç bir ciddi yanğın qeydə alınmayıb. Hadisə ilə bağlı istintaq davam edir.