Xarici xəbərlər

İrəvanda sakinlər şəhər meriyasının qarşısında aksiya keçirirlər

02-05-2019 | 11:28        

  

İrəvanda sakinlər şəhər meriyasının qarşısında aksiya keçirirlər. Narazı kütlə paytaxtda hökm sürən antisanitariyaya etiraz edirlər. Bu arada, İrəvan məhkəməsi İnterpolun axtarışında olan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın mülklərinə həbs qoyub. Serj Sarkisyanın qızı isə vəzifəsindən azad edilib. 

İrəvanın mərkəzində antisanitariya baş alıb gedir. 1 aydan çoxdur ki, şəhərin tullantıları daşınmır. Bu da sakinlərin narazılığına səbəb olub. Şəhər meriyasının qarşısında toplaşanlar mer Hayk Marutunyanın istefasını tələb edirlər. Bildirilir ki, məhz onunla, şəhərin təmizlik işlərini həyata keçirən “Sanitek” şirkəti arasında yaranan ziddiyətin nəticəsində İrəvanı üfunət bürüyüb. Bundan isə sakinlər əziyyət çəkir. Belə davam edərsə şəhəri epidemiya bürüyəcək. İrəvanda yaşayanlar bundan ehtiyat edərək uşaqlarını məktəbə qoymurlar. Meriyadan isə bildirirlər ki,  şirkət öz üzərinə götürdüyü öhdəliyə əməl etmir. Şirkətdən 3 aydır müqavilə əsasında düşən vəsaiti ala bilmədikləri deyilir. Maliyyə çatışmazlığı səbəbindən işçilərə əmək haqqı verilmir. Onlar da tullanları daşımırlar. Üstəlik şirkətin balansında olan  maşınların yanacaqları olmadığından xəttə çıxa bilmirlər. Şirkətin rəsmisi Aşot Nersisyanın sözlərinə görə bütün bunlar onların fəaliyyətinə qarşı yaradılan süni maneədir.  Şirkət  2015-ci ildə təşkil edilən tenderdə qalib gəlib. 10 il müddətinə İrəvanın 80 faizinin təmizlik işlərininin yerinə yetirilməsini öz üzərinə götürüb. Müqavilədə də bu öz təsbitini tapıb. Əgər mer Hayk Marutyan müqaviləni pozarsa onda şirkətə külli miqdarda kompensasiya ödəməli olacaq. Bu arada, İrəvan  məhkəməsi  interpol tərəfindən axtarışda olan Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın mülklərinə həbs qoyub. Onun ailəsi küllü miqdarda vergidən yayınmada və çirkli pulların yuyulmasında təqsirləndirilir. Levon Sarkisyanın qızı Ani Sarkisyan isə fırldaqçılıqda şübhəli bilinir. Oğlu Narek Sarkisyan Praqada saxlanılıb. Onun adı bir çox ağır cinayətlərdə və o cümlədən sifarişli qətllərdə hallanır. Narek Sarkisyanın ekstradisiyası ilə bağlı tərəflər arasında danışıqlar aparılır. Sarkisyan ailəsinə qarşı təqiblər davam edir. Ermənistanın 3 cü prezidentinin qızı səhiyyə nazirliyində maliyyə idarəsinin rəis müavini vəzifəsindən azad edilib. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR