Bölgələr

Corc Kent və Örl Litzenberger Xaçmaz rayonuna səfər ediblər

02-05-2019 | 10:29        

  

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent və Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberger Xaçmaz rayonuna səfər ediblər. Qonaqlar rayonun Xaspoladoba kəndində ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Azərbaycan hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində icra edilən layihə ilə tanış olublar. Bildirilib ki, Xaçmazda 12 müxtəlif layihə həyata keçirilib. Kənddəki iki yeni artezian quyusu yerli fermerlərin fındıq və meyvə bağlarının suvarmasına, sakinlərin texniki su təminatının yaxşılaşdırılmasına, həmçinin məhsuldarlığa müsbət təsir göstərəcək. Nümayəndə heyəti bölgənin qədim adət-ənənələri, rəqsləri, milli mətbəxi və rayonda istehsal edilən məhsullarla da tanış olublar. Səfir Örl Litzenberger Xaçmaza səfərindən məmnun qaldıqlarını bildirib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR