İdman

Formula 1-lə bağlı tədbirlərdə ümumilikdə 85 min tamaşaçı iştirak edib

02-05-2019 | 08:26        

  

Aprelin 26-dan 28-dək keçirilən Formula 1 SOCAR Azərbaycan Qran-Prisini izləmək üçün Bakıda 74 ölkədən azarkeşlər olub. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin məlumatına görə, bu ölkələr arasında Rusiya, Böyük Britaniya, Avstriya, Niderland və Gürcüstan xüsusilə fərqlənib. Yarışı izləmək üçün Azərbaycana səfər edənlərin sayında 41 faiz artımla Böyük Britaniya, 28 faizlə Avstriya və 26 faizlə Niderlandı göstərmək olar. Bundan başqa, Çin və Türkiyədən gələnlərin sayında da müvafiq olaraq 22 və 11 faiz artım qeydə alınıb. Tribuna biletlərinin hamısı satılıb və ümumilikdə bilet satışı 2018-ci ildəkinə bərabər olub. Yarış sessiyalarını yerində canlı izləməyə, həmçinin həftəsonunda dünya ulduzlarının iştirakı ilə keçirilən axşam konsertlərinə ümumilikdə 85 min tamaşaçı gəlib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR