Bölgələr

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndəliklərinin rəhbərləri və xanımları Qazax rayonuna səfər ediblər

01-05-2019 | 13:16        

  

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndəliklərinin rəhbərləri və onların xanımları Qazax rayonuna səfər ediblər. Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə reallaşan səfər, regionlarımızın inkişafı və bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr barədə məlumat vermək, habelə turizmin inkişafı ilə yerində tanış olmaq məqsədini daşıyır. 40-dan çox ölkəni və beynəlxalq təşkilatı təmsil edən diplomatların rayonla tanışlığı Daş Salahlı kəndində yerləşən Damcılı mağarasından başlayıb. Daş Salahlı kəndində Qazax Sement Zavodu ilə də tanışlıq olub. Diplomatlar düşmənlə üzbəüz mövqedə yerləşən Məzəm kəndinə də gedib, sakinlərlə söhbət ediblər. Sonra nümayəndə heyəti Fəxri qazaxlılar parkında olublar. Səfər çərçivəsində diplomatlar şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, ötən il 100 yaşı tamam olan Qazax Müəllimlər Seminariyası, Cümə Məscidində, Ədəbiyyat Muzeyində, rayon  Tarix-Diyarşünaslıq Muzeyi olublar. Diplomatik korpusun nümayəndələri Səfər çərçivəsində diplomatlar bu gün Tovuz rayonunda da səfər edəcəklər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR