Siyasət

Azərbaycan “İDEF-2019” sərgisində təmsil olunur

01-05-2019 | 08:08        

  

Azərbaycan, İstanbulda açılan “IDEF-2019” Beynəlxalq müdafiə sərgisində təmsil olunur. Müdafiə naziri Zakir Həsənov Azərbaycan televiziyasına müsahibəsində sərgi çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirildiyini bildirib.

“IDEF-2019” Beynəlxalq müdafiə sərgisinin açılışında Türkiyə Prezideni Rəcəp Tayyip Ərdoğan bu beynəlxalq tədbirə marağın daha da artdığını vurğuladı. Digər çıxış edənlər də bildirdilər ki, sərgi müdafiə sənayesi sahəsində yenlikləri nümayiş etdirmək, yen əlaqələr qurmaq və mövcud tərəfdaşlığı genişləndirmək baxımından müstəsna əhəmiyyətə malikdir. Milli pavilyonda Azərbaycanda istehsal olunan snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pirotexniki vasitələr, optik sistemlər, döyüş maşınları, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və digər hərbi təyinatlı məhsullar maraqla qarşılandı.

Bu sərgi artıq 14-cü dəfədir keçirilir. Bu dəfəki sərgidə 53 ölkədən 1061 şirkət və 500-dən çox rəsmi nümayəndə iştirak edir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR