Analitika

Xorvatiya Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

30-04-2019 | 17:01        

  

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, ölkəmizdə aparılan islahatlar və yaradılmış investisiya mühiti, eləcə də,ölkəmizin beynəlxalq miqyasda artan siyasi nüfuzu təbii olaraq, ölkəmizə marağı artırır.
Bu h
əftə Xorvatiya Respublikası Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri və Xorvatiyanın Azərbaycanda səfirliyini açması barədə qərarı bu Avropa ölkəsinin də Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunun göstəricisi idi.

“Azərbaycan və Xorvatiya arasında bu gün qarşılıqlı, faydalı əməkdaşlıq və tərəfdaşlıq münasibətləri mövcuddur. Əlbəttə ki, Xorvatiya xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin ölkəmizə rəsmi səfəri və səfər çərçivəsində Xorvatiyanın səfirliyinin fəaliyyətə başlaması ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə təkan verəcək. Ümumiyyətlə, Azərbaycanla Xorvatiya arasında münasibətlər bir çox istiqamətlər üzrə yüksələn xətlə inkişaf edir. İstər iqtisadi sahə, istər ticari sahədə olsun, istərsə də,siyasi sahədə münasibətlər yüksək səviyyədədir. Eyni zamanda, hər zaman qeyd etmişik ki, bugünkü ticarət əlaqələri hazırkı strateji münasibətlərin ruhuna uyğun deyil. Yəni münasibətlərin, əlaqələrin irəli aparılması üçün böyük potensial var. Görüşlərdə bu potensialın dəyərləndirilməsi istiqamətində birgə addımların nəzərdən keçirilməsi kimi məsələlərə baxıldı”.
Bu fikirləri Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəhbəri Leyla Abdullayeva Azərbaycan Televiziyasının “Günün nəbzi” proqramında bildirib.

L.Abdullayeva bildirib ki, tərəflər arasında müzakirə olunan digər məsələ regionda Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji, infrastruktur və nəqliyyat layihələri və bu layihələrdən Xorvatiyanın da istifadə etməsi məsələləri olub: “Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir və dəfələrlə ifadə olunub ki, münaqişə BMT-nin məlum qətnamələri, eyni zamanda, ATƏT-in 1996-cı ildə keçirilən Lissabon sammitinin 3 prinsipi əsasında həll olunmalıdır. Bu isə suverenlik, ərazi bötövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləridir”.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR