Siyasət

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 82-ci cildi çapdan çıxıb

30-04-2019 | 10:22        

  

“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 82-ci cildi çapdan çıxıb. Kitabındakı materiallar 2017-ci ilin avqustundan oktyabr ayınadək olan dövrü əhatə edir.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 82-ci cildində dövlət başçısının BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində beynəlxalq sammitdə, yüksək səviyyəli görüş və tədbirlərdə çıxışları və digər materiallar toplanıb. Azərbaycan Prezidentinin bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet məsələ kimi qaldırılır. Oxucular bu cilddə, həmçinin dövlət başçısının Neftçala, Qobustan, Salyan, Şamaxı, Lənkəran və Cəlilabad rayonlarına səfərləri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü, Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair Respublika möşavirəsində geniş nitqi və bu rayonlarda sosial infrastruktur layihələrinin, eləcə də məişət obyektlərinin açılışı zamanı etdiyi çıxışları ilə tanış ola bilərlər. Kitabındakı materiallar 2017-ci ilin avqustundan oktyabr ayınadək olan dövrü əhatə edir. Buraxılışa məsul şəxs Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.06.2019) :
Aydın Gecə : +21+23 | Gündüz: +29+31
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR