Mədəniyyət

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İmadəddin Nəsiminin 650 illiyi münasibətilə elmi sessiya keçirilib

30-04-2019 | 08:25        

  

Nəsimi dünya poeziyasının ən kamil şəxsiyyətləri sırasında diqqətəlayiq yer tutan şairlərdəndir. Dahi mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şairin yaradıcılığına həsr edilmiş  elmi sessiya keçirilib. Akademik İsa Həbibbəyli öz çıxışında əsərlərində insanı daim hər şeydən üstün tutan, ilahiləşdirən şairin öz fikirlərinin  azadlığı yolunda qəhrəmanlıq rəmzi kimi əbədiləşdiyini bildirib. Çıxış edən qonaqlar da Nəsiminin böyüklüyündən və onun  poeziyamızdakı yerindən danışıblar.