Mədəniyyət

Nəsiminin 650 illik yubileyi Minskdə qeyd olunub

30-04-2019 | 08:17        

  

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi Minskdə qeyd olunub. Azərbaycan Respublikasının Belarusdakı Səfirliyi Minskdəki “Dostluq Evi”ndə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii-musiqili tədbir keçirib. Tədbirdə Belarus Mədəniyyət Nazirliyinin Beynəlxalq Əlaqələr və İnformasiya Təminatı idarəsinin rəisi Viktoriya Ratabılskaya, XİN-in MDB ölkələri ilə ikitərəfli əməkdaşlıq idarəsinin rəisi Viktor Denisenko, Beynəlxalq Miqrasiya Təşkilatının Belarus üzrə nümayəndəliyi, həmin ölkədə akkreditə olunmuş Tacikistan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Rumıniya, Liviya, Fələstin və Moldova Səfirliklərinin nümayəndələri, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin və Belarus Dövlət Universitetinin müəllim və tələbələri iştirak ediblər.

Keçirilən yubiley tədbirinin iki ölkə arasında mövcud olan mədəni və tarixi əlaqələrin daha da güclənməsinə və hər iki xalqın daha da yaxınlaşmasına xidmət etdiyini qeyd ediblər. Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov keçən il Belarusda Hüseyn Cavidin 135 illiyinin bu il isə İ.Nəsiminin 650 illik yubileyinin keçirilməsi iki ölkə arasında bütün sahələrdə olduğu kimi mədəni əlaqələrin də geniş əhatəli surətdə inkişaf etdiyinin və xalqlarımızın bir-birinin mədəniyyətinə böyük maraq göstərməsini vurluğayıb.

Tədbirin davamında Nəsimi filmindən fraqmentlər göstərilib. Tələbələr Nəsiminin lirik şeirlərindən yüksək ifaçılıq tərzi ilə parçalar oxuyub, “Mən bu cahanə sığmazam” qəzəlini səsləndiriblər.

Tədbirin sonunda Azərbaycan rəqsləri ifa olunub, “Sarı Gəlin”, “Getmə getmə gəl” mahnıları səsləndirilib. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.06.2019) :
Aydın Gecə : +21+23 | Gündüz: +29+31
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR