Cəmiyyət

Teleradio Akademiyasında dərslər başlayıb

29-04-2019 | 16:38        

  

Azərbaycan Televiziyasının Teleradio Akademiyasında dərslərə başlanılıb. 82 dinləyicinin iştirak etdiyi kurslar iki ay davam edəcək.

Azərbaycan Televiziyasının Teleradio Akademiyasında artıq dərslər başlayıb. Müxtəlif istiqamətlər üzrə gənclər  kurslara cəlb olunublar.  Məhz bu auditoriyada isə Azərbaycan televiziyasının siması olmağa iddialı olan gənclər istirak edirlər.

Televiziya və radio sahəsində çalışmaq… Bu sehirli aləmin bir hissəsinə çevrilmək  çoxu üçün xəyal kimi görünsə də indi   gerçəyə daha yaxındır. İstedadı, həvəsi və savadı ilə seçilən bu gənclər yüzlərlə yaşıdının arasından seçilib. 2 ay ərzində ixtisaslarına – həvəs göstərdikləri sahələrə uyğun  peşəkar müəllimlər tərəfindən həm nəzəri, həm də praktik biliklərə yiyələnəcəklər.

Operator, rejissor, müxbir, redaktor və aparıcı olmaq istəyən  gənclərə  müvafiq ixtisaslara uyğun peşəkarlar dərsə deyəcəklər.

Onların arasında radio sahəsində özünü sınamaq istəyənlər də var.      

Kursu bitirdikdən sonra iştirakçılara Akademiyanın sertifikatı təqdim ediləcək, tələbələrin ən istedadlıları isə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də işlə təmin olunacaqlar.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.06.2019) :
Aydın Gecə : +21+23 | Gündüz: +29+31
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR