İqtisadiyyat

Azərbaycan ilə Xorvatiya arasında ticarət dövriyyəsi 16 faiz artıb

29-04-2019 | 16:35        

  

Ötən il Azərbaycan ilə Xorvatiya arasında ticarət dövriyyəsi 16 faiz artaraq 250 milyon dollara yaxınlaşıb. Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu barədə məlumat verib. Bildirilib ki,  azərbaycanlı iş adamları Xorvatiya ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. “Azərbaycanın inkişafı bizi sevindirir” deyən Xorvatiya Baş Nazirinin müavini, Xarici və Avropa İşləri naziri Mariya Peyçinoviç Buriç isə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndiyini vurğulayıb. Əlavə edib ki, 2013-cü ildə strateji tərəfdaşlıq, iqtisadi əməkdaşlıq barədə sənəd imzalanıb. Forumda çıxış edənlər hər iki hökumət tərəfindən işgüzar dairələrin bu cür təşəbbüslərini dəstəkləməsini iki ölkə arasındakı iqtisadi əməkdaşlığın inkişafına mühüm təkan verdiyini diqqətə çatdırıblar.