Siyasət

Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri E.Monzo Milli Məclisdə olub

29-04-2019 | 16:33        

  

Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Spiker bildirib ki, indiyədək iki ölkə arasında 25 sənəd imzalanıb. Daha 9 sənəd isə imzalanma ərəfəsindədir. Parlamentərarası əməkdaşlıqdan da razılq edən Oqtay Əsədov Azərbaycanın reallaşdırdığı iri neft-qaz, nəqliyyat layihələrindən, Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Azərbaycana səfərindən məmnunluğunu bildirən Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo Bakıda faydalı görüşlər keçirdiyini deyib. Vurğulayıb ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanlar var.