Siyasət

Avropa İttifaqı ilə Azərbaycan arasında Biznes Forum təşkil ediləcək

29-04-2019 | 16:30        

  

İyunda Avropa İttifaqı ilə Azərbaycan arasında Biznes Forum təşkil ediləcək, mayda isə Brüsseldə Avropa İttifaqı rəhbərliyi ilə Şərq Tərəfdaşlığı ölkələrinin dövlət başçıları arasında müzakirələr keçiriləcək. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Hesablama Palatasının institusional və inzibati potensialının gücləndirilməsi” mövzusundakı Tvinninq layihəsinin aralıq konfransında bu barədə məlumat verilib.

İndiyədək Avropa İttifaqı ilə 31 layihə başa çatdırılıb. Bu layihələr tərəfdaşlığı daha da dərinləşdirir. Mayın 13-14-də Brüsseldə Şərq Tərəfdaşlğı layihəsinə daxil olan 6 ölkənin  dövlət rəhbərləri və Avropa İttifaqı rəhbərliyi arasında  müzakirələr olacaq. İyunda isə Azərbaycan-Avropa İttifaqı biznes forumunun keçirilməsi planlaşdırılır.  Hesablama Palatasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Hesablama Palatasının institusional və inzibati potensialının gücləndirilməsi” mövzusunda keçirilən Tvinninq layihəsinin aralıq konfransında Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bu barədə məlumat verdi. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirdi ki, layihə Azərbaycanda standartlara uyğun səmərəli auditlərin aparılması, insan resursları ilə bağlı fəaliyyətin gücləndirilməsinə dair hesabatların Milli Məclisə təqdim edilməsi isə bağlı fəaliyyətin təkmilləşdirilməsini nəzərdə tutur.

Layihənin tərəfdaşı olan Polşa Ali Audit ofisinin prezidenti Krizisztof Kviatkovski  isə vurğuladı ki, layihə çərçivəsində tərəflər şəffaflıq və nəzarətin və hesabatların təkmilləşdirilməsinə dair yaxşı təcrübə mübadiləsinə də nail olublar.

2017 ci ilin oktyabrında start verilən layihənin icrası ilin sonunda başa çatırılacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.06.2019) :
Aydın Gecə : +21+23 | Gündüz: +29+31
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR