Siyasət

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 81-ci cildi çapdan çıxıb

29-04-2019 | 16:25        

  

“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 81-ci cildi çapdan çıxıb. Kitabındakı materiallar 2017-ci ilin iyunundan avqust ayınadək olan dövrü əhatə edir.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 81-ci cildində dövlət başçısının Polşa, Türkiyə, Latviya və Rusiya Federasiyasına rəsmi və işgüzar səfərləri, həmçinin Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı bu ölkələrin rəhbərləri ilə danışıqları, enerji və qeyri-neft sektoruna aid bağlanan müqavilələr, təhsil, mədəniyyət sahəsində anlaşma və hərtərəfli əməkdaşlıq məsələlərinin müzakirəsinə dair materiallar toplanılıb. Prezident İlham Əliyevin bütün görüş və danışıqlarında Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet olub. Oxucular bu cilddə, həmçinin Prezidentin Balakən, Zaqatala, Qax, Göygöl, Samux, Gədəbəy və Şəmkir rayonlarına səfərləri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşünə və bu rayonlarda sosial infrastruktur layihələrinin açılışı zamanı nitq və çıxışlarına dair materiallarla da tanış ola bilərlər. Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu cildindəki materiallar 2017-ci ilin iyunundan avqust ayınadək olan dövrü əhatə edir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.06.2019) :
Aydın Gecə : +21+23 | Gündüz: +29+31
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR