Xarici xəbərlər

Ermənistanda aksiyalar səngimir

29-04-2019 | 10:41        

  

Ermənistanda siyasi çəkişmələrin miqyası böyüyür. Məmurlar arasında baş verən narazılıqlar vəziyyəti daha da gərginləşdirir. Nikol Paşinyanla Qaqik Sarukyan arasında hökm sürən ziddiyyətdən oliqarx deputata məxsus ticarət mərkəzlərində çalışan sahibkarlar zərər görür. Buna etiraz edən ticarət işçiləri tətil elan ediblər.

Bir aya yaxındır İrəvanda ən böyük  ticarət mərkəzi olan “Arınc-Mol”da  aparılan süni vergi yoxlamaları sahibkarların əsəblərini tarıma çəkib. Onlar normal şəraitdə işləmək istədiklərini deyirlər. Bildirilir ki, vergi müfəttişlər səhər 8-dən axaşama kimi mağazalarda axtarış aparırlar. Bu isə istər satıcıları, istərsə də alıcıları narahat edir. “Bu ölkə başsız qalıb. Kimin kimdən xoşu gəlmir bir-birilərindən qisas almağa başlayır. Nə axtarırlar, nə yoxlayırlar heç nə analamaq olmur. Sadəcə işimizə süni maneələr, əngəllər yaradırlar. Bazara gələn müştərilərə deyirlər nə üçün gedib başqa yerlərdən alış-veriş etmirsən. Axı Paşinyan xalqa söz vermişdi ki, baş nazir seçilən kimi ilk növbədə işsizlərin problemləri ilə yaxından maraqlanacaq. Amma əvəzində işsiz ordusu yaradır. 1 ildə nə qədər mağazalar fəaliyyətini dayandırıb. Bu gün bu ticarət mərkəzində 520 mağazadan demək olar yarısı işləmir.  Görün nə qədər  ailənin ac qalma təhlükəsi var.  Başqa heç yerdə iş tapmaq mümkün deyil” dəyə etirazçılar narazılıq edirlər.Bu oxşar hadisə “Arınc-Mol” ticarət mərkəzinin Abovyan şəhərindəki filalındada da davam edir. Bu ticarət mərkəzində təqribən 300 nəfər çalışır. Son 1 aydır burda da yoxlamalar davam edir. Etirazçılardan Armen Nersisyanın sözlərinə görə, müfəttişlər özlərin ticarət obyektinin sahibi kimi aparırlar.  Onlara lazımsız göstərişlər verirlər. Ticarətçilər özlərinə qarşı kobud münasibətdən də narazıdırlar. Qeyd edilir ki, sahibkarlar sadəcə Nikol Paşinyanla Qaqik Sarukyan çəkişmələrinin qurbanıdırlar. Bu şəxslərin arasında baş verən qarşıdurma onlara maraqlı deyil. Oliqarx deputata məxsus ticarət mərkəzində çalışanları öz taleləri narahat edir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.06.2019) :
Aydın Gecə : +21+23 | Gündüz: +29+31
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR