Xarici xəbərlər

Parlament seçkilərinin ilkin nəticələri məlum olub

29-04-2019 | 10:24        

  

İspaniyada keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri məlum olub. İlkin hesablamaya görə səslərin 29%-ni qazanan Sosialist Partiyası seçkinin favoritidir. Partiya parlamentdəki 350 yerdən 123-nü qazanıb. Yeni hökuməti qurmaq Sosialist partiyasının sədri Pedro Sançezə həvalə ediləcək. Növbədənkənar keçirilən seçkilərdə Sağçı Xalq Partiyası 17%, mərkəz sağçı Vətəndaşlar Partiyası 16%, solçu “Unidas Podemos” koalisiyası isə 14% səs qazana bilib. Səslərin 10%-ni qzananan ultrasağ “Səs” partiyası parlamentdə 24 deputatla təmsil olunacaq. Səsvermə hüququ olan 36 milyon vətəndaşın 75%-i seçkidə iştirak edib.