Cəmiyyət

“Formula-1” Azərbaycan Qran-Prisini izləməyə gələn qonaqlar Bakıda unudulmaz anlar yaşayıblar

29-04-2019 | 10:04        

  

Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün ölkəmizə çoxlu sayda turist gəlib. Qonaqlar yarış və əyləncə proqramlarından kənar vaxtlarında fürsətdən istifadə edərək paytaxt Bakı ilə tanış olur, tarixi məkanlara, istirahət mərkəzlərinə baş çəkiblər. Onlardan bəzilərinin Azərbaycanın ev sahibliyi etdiyi Formula 1 yarışı və şəhərimizlə bağlı təəsüratlarını öyrəndik.

Turist (Böyük Britaniya)

Formula 1 Azərbaycan Qran-Prisi möhtəşəmdir. Yarış üçün hər şey əla səviyyədə təşkil olunub. Bakı gözəl şəhərdir, insanlarınız olduqca mehribandılar.

Turist (Finlandiya)

Şəhəriniz çox gözəldir. İki gündür ki, buradayıq.  Çox təmiz, təhlükəsiz şəhərini8z var. Burada insanlar yardımsevərdirlər.

Turist (Finlandiya)

Mən Kimi Raykoneni dəstəkləyirəm. Dünyanın bir çox ölkəsində 8 dəfə Formula 1 yarışlarını izləmişəm. İkinci  dəfədir ki, Bakıdayam. Biz burada yaxşı əylənirik. Azərbaycanı çox sevirəm.

Turist (CAR)

İlk dəfədir Bakıdayam. Bu, mənim izləyəcəyim 2-ci Qran-Pridir. Hər şey əladır. Şəhərdə gəzmək şansım oldu. İçərişəhəriniz möhtəşəmdir.

Turist (Böyük Britaniya)

Şəhər fantastikdir. Bakı həm müasir, həm də qədim şəhərdir. Insanlarınız mehribandılar.

Turist (Nigeriya)

Şəhər çox xoşuma gəldi. Ənənələr, mədəniyyət, tarix qorunur. Hər şey əla səviyyədə təşkil edilib. Azərbaycana mütləq qayıdacam.

Bunlardan başqa ölkəmizə gələn turistləri cəlb edən həm də milli mətbəximizdir. Bunu kafe və restoranların qarşısındakı qələbəlik də sübut edir. Görək qonaqlarımız milli mətbəximiz barədə nə düşünürlər.

Turist (Finlandiya)

Mən indi dadına baxdım. Mətbəxiniz ləzizdir. Kabab ləzətlidir. Tərəvəzlərlə hazırlanan bu salat da çox xoşuma gəldi.

Turist (Böyük Britaniya)

Yeməklər çox yaxşıdır.  Mən burada çox dadlı kabab, steyk yedim. Formula 1 yarışı isə əla keçir.

Turist (Rusiya)

Şəhəriniz çox gözəldir, işıqlıdır, insanlarınız həm qonaqpərvər, həm yardım sevərdir.  Yeməkləriniz isə çox dadlıdır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.06.2019) :
Aydın Gecə : +21+23 | Gündüz: +29+31
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR