Cəmiyyət

Vətəndaşlara kompensasiyaların ödənilməsi prosesi bu gün də davam etdirilib

23-04-2019 | 17:02        

  

Problemli kreditlərə görə kompensasiyaların ödənilməsi prosesi bu gün də davam etdirilib. Gücləndirilimiş iş rejimində çalışan banklar tərəfindən kompensasiya alacaq bütün müştərilərə bu barədə SMS göndərilib. Vətəndaşlar növbəli şəkildə  banklara dəvət edilirlər. Ancaq hər hansı müştəriyə SMS gəlməyibsə, o özünün kredit aldığı bankın filialına yaxınlaşmaqla, yaxud Maliyyə Bazarlarına Nəzarət Palatasının elektron portalına daxil olmaqla haqqında olan məlumatı götürə  bilər. Banklarla yanaşı, bank olmayan kredit təşkilatları və bağlanan bankların müştəriləri də “Azərpoçt” MMC-nin bütün şöbələrindən kompensasiyalarını ala bilərlər. Kompensasiyaların verilməsinin ilk günündə Azərpoçt şəbəkəsində isə 12 min 67 nəfərə 500 manatdan aşağı kompensasiya ödənişi həyata keçirilib. Azərpoçt tərəfindən ümumilikdə 3 milyon 393 min 809 manat vəsait nağd formada müştərilərə ödənilib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (25.05.2019) :
Azbuludlu Gecə : +16+18 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR